Azərbaycanın Rusiyaya elektrik enerjisi ixracı artıb

Azərbaycanın Rusiyaya elektrik enerjisi ixracı artıb

BİZNES
234

Fins.az – Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 54,219 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ixrac olunan elektrik enerjisindən 2,522 milyon ABŞ dolları gəlir əldə edilib.

2025-ci ilin eyni dövrü ilə müqayisədə Rusiyaya elektrik enerjisi ixracı həcm ifadəsində 1,189 milyon kVt/saat və ya 2,2%, dəyər ifadəsində isə 115 min ABŞ dolları və ya 4,8% artıb.

Hesabat dövründə Azərbaycan Rusiyadan 30,033 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. Bu idxalın dəyəri 1,192 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan elektrik enerjisi idxalının dəyəri 40 min ABŞ dolları və ya 3,5% artsa da, fiziki həcmi 4,496 milyon kVt/saat və ya 13% azalıb.

2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Rusiya, Gürcüstan və İran İslam Respublikasına ümumilikdə 232,993 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu ixracın dəyəri 12,513 milyon ABŞ dolları olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracı dəyər ifadəsində 24,8 milyon ABŞ dolları və ya 3 dəfə, həcm baxımından isə 425,1 milyon kVt/saat və ya 2,8 dəfə azalıb.

Eyni zamanda, bu ilin ilk beş ayında Azərbaycan sözügedən ölkələrdən ümumilikdə 71,059 milyon kVt/saat elektrik enerjisi idxal edib. İdxalın dəyəri 3,401 milyon ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,4 milyon ABŞ dolları və ya 1,7 dəfə, həcm ifadəsində isə 15,9 milyon kVt/saat və ya 28,9% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Rusiyaya elektrik enerjisi ixracı artıb — Fins.az — Fins.az