Azərbaycanın qızıl ixracı 46,2% artıb

Azərbaycanın qızıl ixracı 46,2% artıb

BİZNES
221

2026-cı ilin yanvar-mart aylarında Azərbaycan tərəfindən 95,3 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46,2% artım deməkdir.

Hesabat dövründə ölkənin qeyri-neft sektoru üzrə ixracı da müsbət dinamika nümayiş etdirib və 11,7% artaraq 862 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda yeyinti məhsulları üzrə ixrac 25,1% yüksələrək 281 milyon ABŞ dollarına çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın qızıl ixracı 46,2% artıb — Fins.az — Fins.az