Azərbaycanın qida, içki və tütün sənayesində istehsal dinamikası

Azərbaycanın qida, içki və tütün sənayesində istehsal dinamikası

BİZNES
332

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda qida məhsulları, içki və tütün məmulatlarının istehsalında müxtəlif dinamikalar müşahidə olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Qida məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 112,5% səviyyəsində artaraq ümumi artım meylini qoruyub. 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2025-ci ilin yanvar-martında istehsal 112,2% təşkil edib.

İçki istehsalı isə bu dövrdə müəyyən dəyişikliklərə məruz qalıb. 2025-ci ilin yanvar-mart aylarında istehsal əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,1% səviyyəsində olub, yəni kiçik azalma müşahidə olunub. Ancaq yanvar ayında 126%, yanvar-fevralda isə 105,4% səviyyəsində artım qeydə alınıb.

Tütün məmulatlarının istehsalında isə kəskin azalma diqqət çəkir. 2025-ci ilin yanvar ayında istehsal 64,5%, yanvar-fevralda 74,6%, yanvar-martda isə 96,9% səviyyəsində olub.

İstehsal edilmiş əsas məhsullar arasında:

  • Kolbasa məmulatlarının istehsalı 9,439 ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,9% artıb.

  • Meyvə şirələrinin istehsalı 1,451 min desilitr, 98,7% səviyyəsindədir.

  • Meyvə-tərəvəz konservləri 54,272 ton istehsal edilərək 109,3% artım göstərib.

  • Duru bitki yağları 14,025 ton, marqarin isə 16,375 ton səviyyəsində istehsal olunub.

  • Şəkər istehsalı isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 159,7% artaraq 85,1 min ton təşkil edib.

İçki məhsullarında isə alkoqolsuz içkilərin istehsalı 13,960 min desilitr, viskinin isə 240 min desilitr səviyyəsində olub. Üzüm şərabının istehsalı isə azalma ilə 59,6% səviyyəsində qalıb.

Tütün məmulatlarının istehsalı isə kəskin azalma nümayiş etdirib. Siqaret və siqarların istehsalı 4,396 milyon ədəd, tütün istehsalı isə 588 ton təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın qida, içki və tütün sənayesində istehsal dinamikası — Fins.az — Fins.az