
Azərbaycanın qeyri-neft ixracı 16,6% artıb
Fins.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın 2026-cı il üzrə iyun sayını təqdim edib.
İcmala əsasən, 2026-cı ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,6% artaraq 1,5 milyard ABŞ dolları təşkil edib. Cari ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 27,2 faiz artaraq 396,7 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 23,8 faiz artaraq 144,6 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7 faiz artaraq 288,5 milyon ABŞ dollarına bərabər olub.
Cari ilin yanvar-may aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,2 dəfə pambıq iplik 2,4 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 57%, alüminium və ondan hazırlanan məmulatlar 44,6%, pambıq lifi 25%, meyvə-tərəvəz 18,6%, çay 16,8%, spirtli və spirtsiz içkilər isə 6% artıb.
2026-cı ilin yanvar-may aylarında aqrar məhsullar üzrə ixrac 25,2% artaraq 414,5 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 39% artaraq 160,5 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 28,8% artaraq 575,1 milyon ABŞ dollarına bərabər olub.
Qeyd olunan dövrdə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (167,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (119,8 milyon ABŞ dolları) ikinci, mis filizləri (112,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin may ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında tomat (44,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (36,5 milyon ABŞ dolları) ikinci, çiyələk (26,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2026-cı ilin yanvar-may aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Rusiya Federasiyasına 433,7 milyon ABŞ dolları, Türkiyəyə 306,1 milyon ABŞ dolları, Gürcüstana 229,7 milyon ABŞ dolları, İsveçrəyə 178,7 milyon ABŞ dolları, Ukraynaya isə 67,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2026-cı ilin may ayında Rusiya Federasiyasına 127,1 milyon ABŞ dolları, Türkiyəyə 86,8 milyon ABŞ dolları, Gürcüstana 53,8 milyon ABŞ dolları, İsveçrəyə 39,1 milyon ABŞ dolları, Amerika Birləşmiş Ştatları 15,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2026-cı ilin yanvar-may ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Baku Steel Company" QSC, "AGRARCO" MMC.
Qeyri-neft sektoru üzrə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına "SOCAR POLYMER" MMC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "AzerGold" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, "Socar Cape" MMC, "Naxçıvan Enerji" MMC.
2026-cı ilin yanvar–may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 10,8 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib. Bu dövr ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib. Xidmət təqdim olunan ölkələr arasında Birləşmiş Krallıq, Lüksemburq, Türkiyə, Pakistan, İsveç və Misir böyük paya sahibdir.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,3 milyon ABŞ dolları ilə Lüksemburq, 490 min ABŞ dolları ilə Türkiyə, 486 min ABŞ dolları ilə Pakistan, 187,2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.