Azərbaycanın qara metal ixracı artıb

Azərbaycanın qara metal ixracı artıb

BİZNES
343

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 15,5 milyon ABŞ dolları dəyərində 11,7 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,7 milyon dollar və ya 31,9% artıb, həcm baxımından isə 97 ton və yaxud 0,8% azalıb.

Hesabat dövründə ixrac olunan qara metalların ümumi ixracdakı xüsusi çəkisi 0,42%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,67% təşkil edib.

Eyni zamanda, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 191,3 milyon ABŞ dolları dəyərində 167,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,3 milyon dollar və ya 3,2% azalma deməkdir. Ötən ilin eyni dövründə idxal olunan məmulatların həcm göstəricisi açıqlanmadığından müqayisə aparılmayıb.

Hesabat dövründə idxal olunan qara metalların ümumi idxalda xüsusi çəkisi 7,36% olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın qara metal ixracı artıb — Fins.az — Fins.az