Azərbaycanın neft ixracında İtaliya lider mövqeyini qoruyub

Azərbaycanın neft ixracında İtaliya lider mövqeyini qoruyub

BİZNES
76

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 2,531 milyard ABŞ dolları dəyərində 4,766 milyon ton bitumlu süxurlardan əldə olunan xam neft və neft məhsulları ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya neft və neft məhsulları ixracının dəyəri 82 milyon ABŞ dolları və ya 3,3%, fiziki həcmi isə 377 min ton və ya 8,6% artıb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan İtaliyaya 2,449 milyard ABŞ dolları dəyərində 4,389 milyon ton bitumlu süxurlardan əldə olunan neft və neft məhsulları göndərilmişdi.

Rəsmi məlumatlara əsasən, hesabat dövründə İtaliya Azərbaycan nefti idxal edən ölkələr arasında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin statistikası göstərir ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon ABŞ dolları və ya 2,9% çoxdur.

Xarici ticarət dövriyyəsinin 11,9 milyard ABŞ dolları ixracın, 5,5 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixracın həcmi 3,1 milyard ABŞ dolları və ya 35,2% artdığı halda, idxalın həcmi 2,6 milyard ABŞ dolları və ya 32,1% azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 6,354 milyard ABŞ dolları məbləğində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard ABŞ dolları çoxdur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın neft ixracında İtaliya lider mövqeyini qoruyub — Fins.az — Fins.az