
Bu Azərbaycanın neft ixracı 1,7 milyard dollar olub
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 1,704 milyard ABŞ dolları dəyərində 3,6 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 969 milyon ABŞ dolları və ya 36,3%, fiziki həcm baxımından isə 1,178 milyon ton və ya 24,7% azalma deməkdir.
2026-cı ilin yanvar ayı üzrə Azərbaycanın neft ixrac etdiyi əsas ölkələr arasında İtaliya birinci yerdə qərarlaşıb. Belə ki, bu ölkəyə 2,428 milyon ton (1,142 milyard dollar) həcmində neft ixrac olunub.
Sonrakı yerlərdə Rumıniya (286,3 min ton – 140,7 milyon dollar) və Portuqaliya (223,6 min ton – 112,4 milyon dollar) qərarlaşıb.
İlk onluğa daxil olan digər əsas idxalçılar isə Çexiya, Almaniya, Xorvatiya, Bolqarıstan, Tunis, Türkiyə və İndoneziya olub.
Qeyd edək ki, Azərbaycandan çıxarılan neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri, həmçinin Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri vasitəsilə nəql edilir. Hazırda Bakı-Supsa kəməri ilə ixrac dayandırılıb.
Beləliklə, hesabat dövründə Azərbaycanın əsas ixrac bazarlarında struktur sabit qalsa da, ümumi neft ixracında həm dəyər, həm də həcm baxımından azalma müşahidə edilib.