Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi artıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi artıb

BİZNES
207

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə MDB ölkələri arasındakı ticarət dövriyyəsi 6,784 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 458,5 milyon dollar və ya 7,2% artım deməkdir.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, həmin dövrdə Azərbaycanın MDB ölkələrinə ixracı 1,627 milyard ABŞ dolları ilə 4,3% artmış, idxalı isə 5,157 milyard ABŞ dolları ilə 8,2% yüksəlmişdir. MDB ölkələrinin Azərbaycanın ümumi ixracında payı 6,95%, idxalında isə 24,34% olub.

Ən yüksək ticarət dövriyyəsi Rusiya, Qazaxıstan və Özbəkistan ilə formalaşıb:

  • Rusiya: 4,508 milyard ABŞ dolları (+3%)
  • Qazaxıstan: 627,2 milyon ABŞ dolları (1,5 dəfə çox)
  • Özbəkistan: 506,6 milyon ABŞ dolları (2,3 dəfə çox)

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ümumi xarici ticarət dövriyyəsi 44,589 milyard ABŞ dolları olub, bu isə illik müqayisədə 1,480 milyard dollar və ya 3,4% artım deməkdir. Bu dövrdə ölkənin ixracı 23,401 milyard ABŞ dolları, idxalı isə 21,188 milyard ABŞ dolları olub. Son bir ildə ixrac 937 milyon dollar və ya 3,8% azalarkən, idxal 2,416 milyard dollar və ya 12,9% artmışdır.

Nəticədə xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az