
Azərbaycanın İraqdan xam neft idxalı 163 min ABŞ dolları olub
2025-ci ilin iyun-oktyabr ayları ərzində Azərbaycan İraqdan 163 min ABŞ dolları dəyərində xam neft idxal edib.
Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə ölkə İraqdan idxal edilən neftin bir tonu üçün orta hesabla 370 dollar ödəyib.
Ümumilikdə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiya, Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları idxal edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 232,9 milyon dollar və ya 26,4%, həcm baxımından isə 219 min ton və ya 13,8% azalma deməkdir.
Eyni dövrdə Azərbaycan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton xam neft və neft məhsulları ixrac edib. Bu məlumat ölkənin həm idxal, həm də ixrac əməliyyatlarının ümumi həcmini göstərir və enerji ticarətindəki dinamikaları əks etdirir.
Fuad Mədətov
Finss.az