Azərbaycanın İrana elektrik enerjisi ixracı azalıb

Azərbaycanın İrana elektrik enerjisi ixracı azalıb

BİZNES
361

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycandan İran İslam Respublikasına elektrik enerjisi ixracı azalıb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə 5,535 milyon kVt/saat elektrik enerjisi ixrac edilib və 157 min ABŞ dolları gəlir əldə olunub. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 4,5%, dəyər baxımından isə 4,8% azalıb.

Eyni zamanda, İranın Azərbaycana elektrik enerjisi ixracı da azalma nümayiş etdirib. İrandan ölkəyə 2,613 milyon kVt/saat elektrik enerjisi daxil olub və 74 min ABŞ dolları dəyərində ticarət həyata keçirilib.

Ümumilikdə, 2026-cı ilin ilk iki ayında Azərbaycan Rusiya, Gürcüstan və İranla birlikdə üç ölkəyə elektrik enerjisi ixrac edib. Bu ixracın ümumi həcmi 72,208 milyon kVt/saat, dəyəri isə 3,923 milyon ABŞ dolları təşkil edib. Ötən illə müqayisədə həm dəyər, həm də həcmdə kəskin azalma qeydə alınıb.

Eyni dövrdə Azərbaycan həmin ölkələrdən 619 min ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib ki, bu da ötən illə müqayisədə dəyər baxımından artım, həcm baxımından isə azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın İrana elektrik enerjisi ixracı azalıb — Fins.az — Fins.az