Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri artıb

Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri artıb 

BİZNES
269

2026-cı ilin ilk rübündə Azərbaycanda informasiya və rabitə sahəsində gəlirlər artım nümayiş etdirib.

Fins.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatına əsasən xəbər verir ki, sözügedən dövrdə sektorun ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,2 faiz artaraq 931,7 milyon manata yüksəlib.

Eyni zamanda, nəqliyyat sektoru üzrə də müsbət dinamika qeydə alınıb. Hesabat dövründə bu sahənin gəlirləri 2025-ci ilin müvafiq rübü ilə müqayisədə 1,7 faiz artaraq 3 milyard 435 milyon manat təşkil edib.

Nazirliyin açıqlamasında bildirilir ki, hər iki istiqamətdə müşahidə olunan artım xidmət sektorunun iqtisadi aktivlikdə mühüm rolunu daha da gücləndirir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri artıb — Fins.az — Fins.az