Azərbaycanın bu il elektrik enerjisi ixracının dəyəri 3,9 milyon dollar olub

Azərbaycanın bu il elektrik enerjisi ixracının dəyəri 3,9 milyon dollar olub

BİZNES
323

Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycan 72,208 milyon kilovat-saat elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, elektrik enerjisinin ixracından əldə olunan gəlir 3,923 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisi ixracı həcm baxımından 224 milyon kilovat-saat və ya 4 dəfə, dəyər ifadəsində isə 12,453 milyon ABŞ dolları və ya 4,2 dəfə azalıb. Hesabat dövründə elektrik enerjisi ixracının qeyri-neft sektorundakı payı 0,11% olub.

Eyni zamanda, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6,264 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatları həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard dollar və ya 29,6% azalma deməkdir.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dollar ixrac, 2,599 milyard dollar isə idxal təşkil edib. Son bir il ərzində ixrac 1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo ilə yekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın bu il elektrik enerjisi ixracının dəyəri 3,9 milyon dollar olub — Fins.az — Fins.az