Azərbaycanın Gürcüstana təbii qaz ixracı artıb

Azərbaycanın Gürcüstana təbii qaz ixracı artıb

BİZNES
274

2026-cı ilin yanvar–fevral aylarında Azərbaycanın Gürcüstan istiqamətində təbii qaz ixracında fərqli dinamika qeydə alınıb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə Gürcüstana 68,917 milyon ABŞ dolları dəyərində 569,6 milyon kubmetr qaz ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 5,3% azalıb, fiziki həcmi isə 3,1% artıb.

Ümumilikdə, 2026-cı ilin ilk iki ayında Azərbaycan 8 ölkəyə 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr təbii qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 17,1% azalma, həcm baxımından isə 4,6% artım deməkdir.

Eyni dövrdə Azərbaycana təbii qaz yalnız İran İslam Respublikası-dan idxal edilib. İdxalın həcmi 3,131 milyon kubmetr, dəyəri isə 210,7 min ABŞ dolları təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Gürcüstana təbii qaz ixracı artıb — Fins.az — Fins.az