Azərbaycanın Gürcüstana təbii qaz ixracı 9,6% artıb

Azərbaycanın Gürcüstana təbii qaz ixracı 9,6% artıb

BİZNES
76

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycan Gürcüstana 150,942 milyon ABŞ dolları dəyərində 1,273 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycandan Gürcüstana təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından artıb.

Belə ki, 2025-ci ilin yanvar-may ayları ilə müqayisədə Gürcüstana ixrac olunan təbii qazın dəyəri 13,238 milyon ABŞ dolları və ya 9,6% yüksəlib.

Eyni zamanda, ixrac olunan qazın həcmi 110,4 milyon kubmetr və ya 9,5% artaraq 1,273 milyard kubmetrə çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Gürcüstana təbii qaz ixracı 9,6% artıb — Fins.az — Fins.az