Azərbaycanın Çin ilə ticarət dövriyyəsi artıb

Azərbaycanın Çin ilə ticarət dövriyyəsi artıb

BİZNES
402

2025-ci ildə Azərbaycan ilə Çin arasında ticarət əməliyyatlarının həcmi 4,874 milyard ABŞ dolları təşkil edib.

Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 30,2% çoxdur.

Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,86%-ni təşkil edib və Çin Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü yerə yüksəlib.

2025-ci ildə Azərbaycandan Çinə ixrac 84,362 milyon ABŞ dolları olub. Bu, 2024-cü illə müqayisədə 64,7 milyon ABŞ dolları və ya 4,3 dəfə çoxdur.

Çindən Azərbaycana isə 4,790 milyard ABŞ dolları dəyərində məhsul idxal edilib. Bu da 2024-cü illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 28,6% artım deməkdir. Nəticədə, Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə olub.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə ümumilikdə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% artım deməkdir.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalarkən, idxal 3,322 milyard dollar və ya 15,8% artıb.

Nəticədə, xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azalma deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Çin ilə ticarət dövriyyəsi artıb — Fins.az — Fins.az