
Azərbaycanın buğda idxalı həcm baxımından 37% artıb
Fins.az - 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 57,896 milyon ABŞ dolları dəyərində 257,3 min ton buğda idxal edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 17,4 milyon ABŞ dolları və ya 43%, həcm baxımından isə 70 min ton və ya 37,2% artıb. Hesabat dövründə buğda idxalının ölkənin ümumi məhsul idxalında payı 0,98% təşkil edib.
Eyni zamanda, bu ilin yanvar-fevral aylarında ölkəyə 439,081 milyon ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,3 milyon ABŞ dolları və ya 5,9% artım deməkdir.