Azərbaycanın büdcəsi vergi tətilləri tətbiq etməyə imkan verir- BEYNƏLXALQ VALYUTA FONDU AÇIQLAYIR

Azərbaycanın büdcəsi vergi tətilləri tətbiq etməyə imkan verir- BEYNƏLXALQ VALYUTA FONDU AÇIQLAYIR

BİZNES
667

Beynəlxalq Valyuta Fondu (BVF) koronavirus pandemiyası fonunda yaranan iqtisadi şoklara cavab kimi, ünvanlı sosial təminat və vergi tətillərinin tətbiqinin vacibliyini bildirir.

BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi aprel hesabatında  əks olunan məlumata görə, Azərbaycanın büdcəsi mövcud planları dəyişmədən bu tədbirləri həyata keçirməyə tam imkan verir. Fonda görə, ünvanlı sosial təminat əsasən kiçik ev təsərrüfatlarına yönəldilməlidir, vergi tətilləri isə şoklardan ən çox təsirlənən KOB-lara və turizm sektorundakı müəssisələrə tətbiq olunmalıdır.

BVF qeyd edir ki, maliyyə vəsaitlərinin məhdud ola biləcəyi təqdirdə pandemiyanın səbəb olduğu sosial-iqtisadi sarsıntılara  adekvat reaksiya vermək üçün əlaqələndirilmiş beynəlxalq dəstək tələb oluna bilər.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın büdcəsi vergi tətilləri tətbiq etməyə imkan verir- BEYNƏLXALQ VALYUTA FONDU AÇIQLAYIR — Fins.az — Fins.az