
Azərbaycanın Bolqarıstana qaz ixracı artıb
2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Bolqarıstana 105,8 milyon ABŞ dolları dəyərində 359 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Fins.az Azərbaycan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,868 milyon ABŞ dolları və ya 5,9%, həcm ifadəsində isə 75,1 milyon kubmetr və ya 26,4% artım deməkdir.
Ümumilikdə, hesabat dövründə Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% azalma, həcm baxımından isə 357,9 milyon kubmetr və ya 6,1% artım deməkdir.
Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan yalnız İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz idxal edib. Bu göstərici illik müqayisədə dəyər üzrə 2,5 dəfə, həcm üzrə isə 7,8% azalıb.