Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 2,9 dəfə artıb

Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 2,9 dəfə artıb

BİZNES
555

2025-ci ilin yanvar ayında Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 2,9 dəfə artaraq 2,6 milyard dolları keçib.

Finss.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycandan Aİ ölkələrinə ixrac 2,4 milyard dollar (+3,3 dəfə artım) təşkil edib. Aİ ölkələrindən Azərbaycana idxal isə 212,7 milyon dollar (+19,8% artım) olub.

Cari ilin ilk ayının nəticələrinə görə, Aİ ölkələri ilə ticarət ölkənin ümumi ticarət dövriyyəsində 51,44%-lik paya sahibdir ki, bu da bir il öncəki dövrün göstəricisindən 21,1 faiz bəndi çoxdur.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 2,9 dəfə artıb — Fins.az — Fins.az