Azərbaycanın Almaniyaya neft ixracından gəlirləri 210,9 milyon dollar olub

Azərbaycanın Almaniyaya neft ixracından gəlirləri 210,9 milyon dollar olub

BİZNES
212

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Almaniyaya 210,9 milyon ABŞ dolları dəyərində 360,3 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 66,1 milyon ABŞ dolları və ya 23,9 faiz, həcm baxımından isə 140,9 min ton və ya 28,1 faiz azdır.

Məlumata görə, ötən ilin yanvar-may aylarında Azərbaycandan Almaniyaya 277 milyon ABŞ dolları dəyərində 501,2 min ton xam neft və neft məhsulları ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.

Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalma deməkdir.

Hesabat dövründə Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları), Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...