
Azərbaycanın ABŞ-dakı səfiri: İkitərəfli ticarət üçün yeni imkanlar yaranıb
ABŞ və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrini gücləndirmək üçün yeni imkanlar yaranıb.
Fins.az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş ticarət və biznes konfransında çıxışı zamanı bildirib.
Səfir vurğulayıb ki, missiya hələ tamamlanmayıb və bütün sahələr üzrə ikitərəfli əməkdaşlığı tam inkişaf etdirmək üçün siyasi iradə mövcuddur. O əlavə edib ki, USACC və özəl sektorla əməkdaşlıq bu məqsədə çatmaqda əsas rol oynayacaq və tərəflər bunun üzərində işləməyə hazırdır.