Azərbaycanda dəniz nəqliyyatı ilə 317 milyon dollarlıq yük daşınıb

Azərbaycanda dəniz nəqliyyatı ilə 317 milyon dollarlıq yük daşınıb

BİZNES
194

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 317,6 milyon ABŞ dolları dəyərində 151,9 min ton yük daşınıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən bildirilir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 120,8 milyon ABŞ dolları və ya 27,5%, həcm ifadəsində isə 288,7 min ton və ya 2,9 dəfə azdır.

Bildirilib ki, hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 16,038 milyon ABŞ dolları dəyərində təqribən 23,1 min ton yük ixrac olunub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 8,7 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm ifadəsində isə 2,8 min ton və ya 14% artım deməkdir.

Eyni zamanda qeyd olunur ki, bu ilin yanvar-fevral aylarında Azərbaycana dəniz nəqliyyatı ilə 301,6 milyon ABŞ dolları dəyərində 128,8 min ton yük idxal olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 129,5 milyon ABŞ dolları və ya 30%, həcm ifadəsində isə 291,5 min ton və ya 3,3 dəfə azdır.

Qeyd edilir ki, ümumilikdə 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 6,264 milyard ABŞ dolları dəyərində 9,062 milyon ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 2,640 milyard ABŞ dolları və ya 29,7%, həcm baxımından isə 1,540 milyon ton və ya 14,5% azalma deməkdir.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan ümumilikdə 3,665 milyard ABŞ dolları dəyərində 7,559 milyon ton yük ixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 1,102 milyard ABŞ dolları və ya 23,1%, həcm ifadəsində isə 1,123 milyon ton və ya 12,9% azalma ilə müşayiət olunub.

Eyni zamanda, bu ilin ilk iki ayında Azərbaycana ümumilikdə 2,599 milyard ABŞ dolları dəyərində 1,503 milyon ton yük idxal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,539 milyard ABŞ dolları və ya 1,6 dəfə, həcm baxımından isə 417,6 min ton və ya 21,7% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda dəniz nəqliyyatı ilə 317 milyon dollarlıq yük daşınıb — Fins.az — Fins.az