Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi açıqlanıb

Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi açıqlanıb

BİZNES
97

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Yunanıstana 109,848 milyon ABŞ dolları dəyərində 253,475 milyon kubmetr təbii qaz ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarında qeyd olunub.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Yunanıstana qaz ixracı dəyər ifadəsində 5,682 milyon ABŞ dolları və ya 4,9%, həcm baxımından isə 47 milyon kubmetr və ya 22,8% azalıb.

Ümumilikdə, 2026-cı ilin ilk rübündə Azərbaycandan 8 ölkəyə 1,883 milyard ABŞ dolları dəyərində 6,257 milyard kubmetr təbii qaz ixrac edilib.

Bu göstərici illik müqayisədə dəyər baxımından 322,4 milyon ABŞ dolları və ya 14,6% azalsa da, həcm baxımından 357,9 milyon kubmetr və ya 6,1% artım qeydə alınıb.

Bundan başqa, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycan yalnız bir ölkədən – İran İslam Respublikasından 9,041 milyon ABŞ dolları dəyərində 134,3 milyon kubmetr təbii qaz idxal edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə qaz idxalı dəyər ifadəsində 13,4 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 11,3 milyon kubmetr və ya 7,8% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi açıqlanıb — Fins.az — Fins.az