Azərbaycandan xurma ixracı 2025-ci ildə rekord səviyyəyə çatıb

Azərbaycandan xurma ixracı 2025-ci ildə rekord səviyyəyə çatıb

BİZNES
306

Finss.az - 2025-ci il ərzində Azərbaycan təqribən 187,5 min ton xurma ixrac edərək 144,2 milyon dollar dəyərində satış həyata keçirib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu göstəricilər 2024-cü illə müqayisədə dəyər ifadəsində 26,8%, həcm üzrə isə 21,5% artım deməkdir.

Hesabat dövründə xurmanın ümumi ixracdakı xüsusi çəkisi 0,58%, qeyri-neft məhsullarının ixracındakı payı isə 3,97% təşkil edib.

Ekspertlər qeyd edirlər ki, xurmanın ixracının artması həm daxili istehsalın yüksəlməsi, həm də xarici bazarlarda məhsula olan tələbin artması ilə bağlıdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan xurma ixracı 2025-ci ildə rekord səviyyəyə çatıb — Fins.az — Fins.az