Azərbaycandan Xorvatiyaya neft ixracı 162,7 milyon dollar təşkil edib

Azərbaycandan Xorvatiyaya neft ixracı 162,7 milyon dollar təşkil edib

BİZNES
179

2026-cı ilin yanvar–aprel aylarında Azərbaycandan Xorvatiyaya bitumlu süxurlardan əldə edilən 276,3 min ton xam neft və neft məhsulları ixrac edilib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ixracın dəyəri 162,7 milyon ABŞ dolları təşkil edib.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 76 milyon ABŞ dolları və ya 31,8 faiz, həcm baxımından isə 152,1 min ton və ya 35,5 faiz azalıb.

Ötən ilin yanvar–aprel aylarında Azərbaycandan Xorvatiyaya 428,4 min ton neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri isə 238,7 milyon ABŞ dolları təşkil etmişdi.

Cari ilin yanvar–aprel aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artım göstərib.

Hesabat dövründə xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixracın, 5,5 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,1 milyard dollar və ya 35,2 faiz artdığı halda, idxal 2,6 milyard dollar və ya 32,1 faiz azalıb.

Nəticədə Azərbaycanın xarici ticarətində 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar artım deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Xorvatiyaya neft ixracı 162,7 milyon dollar təşkil edib — Fins.az — Fins.az