Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 1,039 milyard dollar olub

Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 1,039 milyard dollar olub

BİZNES
123

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə 1,039 milyard ABŞ dolları dəyərində 4,018 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə təbii qaz ixracı dəyər ifadəsində 77,5 milyon ABŞ dolları və ya 6,9 %, həcm ifadəsində isə 16,1 milyon kubmetr və ya 0,4 % azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan 8 ölkəyə 3,343 milyard ABŞ dolları dəyərində 10,381 milyard kubmetr təbii qaz (qaz halında) ixrac olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 489,8 milyon ABŞ dolları və ya 12,8 % az, həcm baxımından isə 110,2 milyon kubmetr və ya 1,1 % çox olub.

Bundan əlavə, cari ilin ilk beş ayında Azərbaycan yalnız İran İslam Respublikasından 12,476 milyon ABŞ dolları dəyərində 185,380 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə Azərbaycan Rusiya və Türkmənistandan ümumilikdə 30,1 milyon ABŞ dolları dəyərində 195,6 milyon kubmetr təbii qaz idxal etmişdi.

Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 17,6 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 10,3 milyon kubmetr və ya 5,2 % azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 1,039 milyard dollar olub — Fins.az