Azərbaycandan Türkiyəyə qaz ixracı 3,1% artıb

Azərbaycandan Türkiyəyə qaz ixracı 3,1% artıb

BİZNES
82

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan təbii qaz ixracı həcim baxımından artıb, lakin gəlirlərdə azalma qeydə alınıb.

Fins.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında açıqlama verilib.

Məlumata əsasən, 2026-cı ilin ilk rübündə Azərbaycandan Türkiyəyə Türkiyə 2,339 milyard kubmetr təbii qaz ixrac edilib. Bu göstəricinin dəyəri 612 milyon ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə qaz ixracının dəyəri 41 milyon dollar və ya 6,3% azalıb. Buna baxmayaraq, həcim 72,5 milyon kubmetr və ya 3,1% artıb.

Ümumilikdə isə hesabat dövründə Azərbaycan 8 ölkəyə 6,257 milyard kubmetr təbii qaz ixrac edib. Bu ixracın ümumi dəyəri 1,883 milyard ABŞ dolları olub.

Statistikaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi qaz ixracı dəyər ifadəsində 14,6% azalıb, lakin həcim baxımından 6,1% artım qeydə alınıb.

İdxal göstəricilərinə gəlincə, 2026-cı ilin ilk rübündə Azərbaycan yalnız İran İslam Respublikasından 134,3 milyon kubmetr təbii qaz idxal edib. İdxalın dəyəri 9,041 milyon ABŞ dolları olub.

Məlumata əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qaz idxalı dəyər ifadəsində 2,5 dəfə, həcim baxımından isə 7,8% azalıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Türkiyəyə qaz ixracı 3,1% artıb — Fins.az — Fins.az