
Azərbaycandan Türkiyəyə pul köçürmələri 4% azalıb, Türkiyədən gələn transferlər isə artıb
Fins.az - 2025-ci ildə Azərbaycandan Türkiyəyə fiziki şəxslər tərəfindən göndərilən pul köçürmələrinin həcmi 145,736 milyon dollar təşkil edib və bu, 2024-cü illə müqayisədə 4% azalma deməkdir.
Mərkəzi Bankın məlumatına görə, həmin köçürmələrin ümumi pul köçürmələri içində payı 28,8%-dən 28,9%-ə yüksəlib.
Eyni zamanda, 2025-ci ildə fiziki şəxslər Türkiyədən Azərbaycana 193,158 milyon dollar məbləğində pul köçürüb ki, bu da illik müqayisədə 9,8% artım deməkdir. Bu transferlərin ümumi pul köçürmələri içində payı 16,2%-dən 16,4%-ə çatıb.
Statistika göstərir ki, Azərbaycandan Türkiyəyə pul göndərişi azalsa da, qarşı tərəfdən gələn transferlər artmaqda davam edir və bu, iki ölkə arasında valyuta axınının dəyişən dinamikasını göstərir.