Azərbaycandan Tunisə neft ixracı 5 dəfə artıb

Azərbaycandan Tunisə neft ixracı 5 dəfə artıb

BİZNES
101

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Tunisə 187,6 milyon ABŞ dolları dəyərində 307,2 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac olunub.

Bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı Azərbaycanın xarici ticarətinin gömrük statistikasında bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 150,2 milyon ABŞ dolları və ya 5 dəfə, həcm ifadəsində isə 243 min ton və ya 4,8 dəfə artıb.

Qeyd olunub ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan Tunisə 37,4 milyon ABŞ dolları dəyərində 64,2 min ton bitumlu süxurlardan alınan neft və neft məhsulları ixrac edilmişdi.

Ümumilikdə isə cari ilin ilk beş ayında Azərbaycandan dünya ölkələrinə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2%, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8% azalıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları), Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Tunisə neft ixracı 5 dəfə artıb — Fins.az — Fins.az