Azərbaycandan Tailanda neft ixracının dəyəri 36%-dən çox artıb

Azərbaycandan Tailanda neft ixracının dəyəri 36%-dən çox artıb

BİZNES
101

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Tailanda 103,3 milyon ABŞ dolları dəyərində 37,4 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilib.

Bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin açıqladığı xarici ticarətin gömrük statistikasında bildirilib.

Komitənin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,4 milyon ABŞ dolları və ya 36,1% artıb. Fiziki həcm isə təxminən 400 ton və ya 0,3% azalıb.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Tailanda 75,9 milyon ABŞ dolları dəyərində 37,8 min ton bitumlu süxurlardan əldə olunmuş neft və neft məhsulları ixrac edilmişdi.

Ümumilikdə isə cari ilin ilk beş ayında Azərbaycandan dünya ölkələrinə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2%, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8% azdır.

Hesabat dövründə Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları), Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Tailanda neft ixracının dəyəri 36%-dən çox artıb — Fins.az — Fins.az