Azərbaycandan şəkər ixracı 4,4 dəfə artıb

Azərbaycandan şəkər ixracı 4,4 dəfə artıb

BİZNES
369

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 20,3 min ton şəkər ixrac olunub və bu, 13,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı təşkil edib.

Fins.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 10,4 milyon dollar və ya 4,3 dəfə, həcm baxımından isə 15,7 min ton və ya 4,4 dəfə artıb. Şəkər ixracı ölkənin yanvar-fevral ayları üzrə ümumi məhsul ixracında 0,37%, qeyri-neft sektoru üzrə ixracda isə 2,33% paya malik olub.

Eyni dövrdə Azərbaycanda şəkər və qənd istehsalı 44,2 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 min ton və ya 33,5% çoxdur. 2026-cı ilin martın 1-nə olan vəziyyətə görə, ölkədə sənaye müəssisələrinin anbarlarında 18,9 min ton hazır şəkər ehtiyatı mövcuddur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan şəkər ixracı 4,4 dəfə artıb — Fins.az — Fins.az