Azərbaycandan pambıq ixracı 1,5 dəfə artıb

Azərbaycandan pambıq ixracı 1,5 dəfə artıb

BİZNES
379

2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan 70,068 milyon ABŞ dolları dəyərində 47,7 min ton pambıq ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 22,7 milyon ABŞ dolları və ya 1,5 dəfə, həcm baxımından isə 17,3 min ton və ya 56,8% artım deməkdir.

Məlumata əsasən, pambıq ixracı 2026-cı ilin yanvar–mart aylarında ölkənin ümumi məhsul ixracında 0,74% paya malik olub.

Eyni zamanda, hesabat dövründə Azərbaycana 2,735 milyon ABŞ dolları dəyərində pambıq idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 531 min ABŞ dolları və ya 24,1% artım təşkil edib.

Qeyd olunub ki, pambıq idxalı ölkənin ümumi idxalında 0,07% paya sahib olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan pambıq ixracı 1,5 dəfə artıb — Fins.az — Fins.az