Azərbaycandan meşə fındığı ixracı 49% artıb

Azərbaycandan meşə fındığı ixracı 49% artıb

BİZNES
348

2025-ci ilin ilk yarısında Azərbaycandan meşə fındığı ixracında əhəmiyyətli artım müşahidə olunub.

Finss.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyul sayına əsasən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında ölkədən 76,2 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,2 milyon dollar və ya 49,4 faiz çoxdur.

Xatırladaq ki, 2024-cü ilin ilk altı ayında meşə fındığı ixracı 51 milyon dollar təşkil etmişdi.

Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı da artaraq 1,8 milyard ABŞ dollarına çatıb. Bu göstərici illik müqayisədə 9,9 faiz artım deməkdir.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan meşə fındığı ixracı 49% artıb — Fins.az — Fins.az