Azərbaycandan meşə fındığı ixracı 4,6% artıb

Azərbaycandan meşə fındığı ixracı 4,6% artıb

BİZNES
326

2024-cü ildə Azərbaycandan dünya bazarına 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edilib.

Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumata görə, bu göstərici həcm baxımından əvvəlki illə müqayisədə 3,2 min ton və ya 13,8 faiz az olsa da, dəyər baxımından 5,7 milyon dollar və 4,6 faiz çoxdur.

Ümumilikdə, ötən il meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,49 faizini, qeyri-neft sektoru üzrə ixracının isə 3,84 faizini təşkil edib.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan meşə fındığı ixracı 4,6% artıb — Fins.az — Fins.az