Azərbaycandan kimya sənayesi məhsullarının ixracı dəyəri artıb

Azərbaycandan kimya sənayesi məhsullarının ixracı dəyəri artıb

BİZNES
669

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 62,8 milyon ABŞ dolları dəyərində 197,5 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Bu barədə Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,5 milyon ABŞ dolları və ya 29,9% çox, həcm ifadəsində isə 11,5 min ton və ya 5,5% azdır.

Hesabat dövründə kimya sənayesi məhsulları ixracı ölkənin ümumi ixracına nisbətən 1,32%, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 12,95% paya malik olub.

Qeyd edək ki, cari ilin yanvar-fevral ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan kimya sənayesi məhsullarının ixracı dəyəri artıb — Fins.az — Fins.az