Azərbaycandan karbamid ixracı 28,8 milyon dollar təşkil edib

Azərbaycandan karbamid ixracı 28,8 milyon dollar təşkil edib

BİZNES
257

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan 28,8 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin aprel ayı üzrə “İxrac icmalı”nda bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 milyon ABŞ dolları və ya 1,7 dəfə azalma deməkdir.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı isə ümumilikdə artım nümayiş etdirərək 11,7% yüksəlib və 862 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda yeyinti məhsulları üzrə ixrac 25,1% artaraq 281 milyon ABŞ dollarına çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan karbamid ixracı 28,8 milyon dollar təşkil edib — Fins.az — Fins.az