Azərbaycandan İrana elektrik enerjisi ixracının həcmi açıqlanıb

Azərbaycandan İrana elektrik enerjisi ixracının həcmi açıqlanıb

BİZNES
110

2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan İran İslam Respublikasına 8,102 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin ixracından 230 min ABŞ dolları gəlir əldə olunub.

Məlumata görə, İrana elektrik enerjisi ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 265 min kVt/saat və ya 3,2%, dəyər baxımından isə 8 min ABŞ dolları və ya 3,4% azalıb.

Eyni zamanda, 2026-cı ilin ilk rübündə Azərbaycan İrandan 211 min ABŞ dolları dəyərində, 7,414 milyon kVt/saat həcmində elektrik enerjisi idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,6%, həcm baxımından isə 7% azalma deməkdir.

Ümumilikdə, 2026-cı ilin yanvar-mart aylarında Azərbaycandan Rusiya, Gürcüstan və İran İslam Respublikasına 5,098 milyon ABŞ dolları dəyərində 96,772 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından kəskin azalma deməkdir.

Hesabat dövründə həmin ölkələrdən elektrik enerjisi idxalı isə 1,354 milyon ABŞ dolları dəyərində 32,472 milyon kVt/saat təşkil edib ki, bu da illik müqayisədə dəyər baxımından 45,1%, həcm baxımından isə 8,1% artım göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan İrana elektrik enerjisi ixracının həcmi açıqlanıb — Fins.az — Fins.az