
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub
Fins.az - Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. Məlumata görə, bu dəfə 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.
Statistik göstəricilərə əsasən, indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib.
Bununla yanaşı, regionda tranzit daşımalar da davam edir. Belə ki, Rusiya-dan Ermənistana Azərbaycan üzərindən növbəti yük daşınması həyata keçirilib. 14 aprel tarixində 4 vaqondan ibarət, ümumi çəkisi 240 ton olan gübrə Biləcəri stansiyası-ndan Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq daşınıb.