Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb

Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb

BİZNES
95

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitələri ilə 642,7 milyon ABŞ dolları dəyərində 296,3 min ton yük daşınıb.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 246,1 milyon ABŞ dolları və ya 27,7%, həcm ifadəsində isə 626,1 min ton və ya 3,1 dəfə azalma deməkdir.

Məlumata əsasən, hesabat dövründə Azərbaycandan dəniz nəqliyyatı ilə 28,3 milyon ABŞ dolları dəyərində təxminən 41 min ton yük ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 10 milyon ABŞ dolları və ya 55%, həcm baxımından isə 6,9 min ton və ya 20,4% artım deməkdir.

Eyni zamanda, bu ilin yanvar-aprel aylarında Azərbaycana dəniz nəqliyyatı ilə 614,4 milyon ABŞ dolları dəyərində 255,3 min ton yük idxal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 256,2 milyon ABŞ dolları və ya 29,4%, həcm ifadəsində isə 633 min ton və ya 3,5 dəfə azalıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat vasitələri ilə 17,403 milyard ABŞ dolları dəyərində 18,720 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 485,7 milyon ABŞ dolları və ya 2,9% artım, həcm baxımından isə 862,2 min ton və ya 4,4% azalma deməkdir.

Hesabat dövründə yüklərin daşınma vasitələri üzrə Azərbaycandan 11,879 milyard ABŞ dolları dəyərində 15,726 milyon ton yük ixrac edilib. Bu göstərici illik müqayisədə dəyər baxımından 3,1 milyard ABŞ dolları və ya 35,2% artıb, həcm ifadəsində isə 73,6 milyon ton və ya 0,5% azalıb.

Eyni zamanda, Azərbaycana 5,525 milyard ABŞ dolları dəyərində 2,995 milyon ton yük idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 32,1%, həcm baxımından isə 20,8% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan dəniz yolu ilə yük ixracı artıb — Fins.az — Fins.az