Azərbaycandan Çexiyaya 184,3 milyon dollarlıq neft ixrac edilib

Azərbaycandan Çexiyaya 184,3 milyon dollarlıq neft ixrac edilib

BİZNES
240

Yanvar–mart aylarında Azərbaycandan Çexiya-ya 184,3 milyon ABŞ dolları dəyərində 355,5 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edilib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 120,4 milyon ABŞ dolları və ya 39,5%, həcm ifadəsində isə 203,2 min ton və ya 36,4% azalıb.

2025-ci ilin yanvar–mart aylarında Azərbaycandan Çexiyaya 304,7 milyon ABŞ dolları dəyərində 558,7 min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Hesabat dövründə Çexiya Azərbaycan neftini idxal edən ölkələr arasında ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan ümumilikdə dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində 5,077 milyon ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%, fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azalma deməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Çexiyaya 184,3 milyon dollarlıq neft ixrac edilib — Fins.az — Fins.az