
Azərbaycandan Bolqarıstana neft məhsulları ixracı artıb
2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan Bolqarıstana 67,9 milyon ABŞ dolları dəyərində 130,8 min ton bitumlu süxurlardan əldə edilmiş neft və neft məhsulları ixrac olunub.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,7 milyon ABŞ dolları və ya 40,9%, fiziki həcm baxımından isə 51,5 min ton və ya 64,9% artım deməkdir.
Məlumata əsasən, ötən ilin yanvar–mart aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Eyni zamanda, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində 5,077 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
Qeyd olunur ki, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%, fiziki həcm baxımından isə 934 min ton və ya 15,5% azalma nümayiş etdirib.