Azərbaycandan Bolqarıstana neft ixracı 3,8 dəfə artıb

Azərbaycandan Bolqarıstana neft ixracı 3,8 dəfə artıb

BİZNES
253

Fins.az – 2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana 182,3 milyon ABŞ dolları dəyərində 278 min ton bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dərc etdiyi xarici ticarətin gömrük statistikasına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 134,1 milyon ABŞ dolları və ya 3,8 dəfə, həcm baxımından isə 198,7 min ton və ya 3,5 dəfə çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan Bolqarıstana 48,2 milyon ABŞ dolları dəyərində 79,3 min ton xam neft və neft məhsulları ixrac edilmişdi.

Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycandan dünya ölkələrinə ümumilikdə 5,121 milyard ABŞ dolları dəyərində 8,828 milyon ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub.

Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 522 milyon ABŞ dolları və ya 9,2 faiz, fiziki həcm baxımından isə 1,535 milyon ton və ya 14,8 faiz azalma deməkdir.

Hesabat dövründə Azərbaycan neftinin əsas idxalçıları sırasında ilk üçlükdə İtaliya (5,339 milyon ton, 3,021 milyard ABŞ dolları), Rumıniya (461,3 min ton, 247,8 milyon ABŞ dolları) və Çexiya (433,1 min ton, 245,7 milyon ABŞ dollarından çox) yer alıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycandan Bolqarıstana neft ixracı 3,8 dəfə artıb — Fins.az — Fins.az