
Azərbaycandan alüminium ixracı artıb
2026-cı ilin yanvar–mart aylarında Azərbaycandan 63,8 milyon ABŞ dolları dəyərində 19,4 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,8 milyon ABŞ dolları və ya 20,4%, həcm baxımından isə 1 363 ton və ya 7,5% artım deməkdir.
Məlumata əsasən, hesabat dövründə alüminium və onun məmulatlarının ümumi ixracda payı 1,18%, qeyri-neft sektoru üzrə ixracda isə 7,40% təşkil edib.
Eyni zamanda, 2026-cı ilin yanvar–mart aylarında Azərbaycana 34,6 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 milyon ABŞ dolları və ya 27,9% azalma nümayiş etdirib.
Hesabat dövründə alüminium məhsullarının ümumi idxalda payı 0,86% olub.