
Azərbaycandan Almaniyaya neft ixracı 127,5 milyon dollar təşkil edib
2026-cı ilin yanvar–aprel aylarında Azərbaycandan Almaniyaya bitumlu süxurlardan əldə edilən 270,5 min ton xam neft və neft məhsulları ixrac edilib.
Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ixracın dəyəri 127,5 milyon ABŞ dolları təşkil edib.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 149 milyon ABŞ dolları və ya 2,2 dəfə, həcm baxımından isə 229,5 min ton və ya 1,8 dəfə azalıb.
Ötən ilin yanvar–aprel aylarında Azərbaycandan Almaniyaya 500 min ton neft və neft məhsulları ixrac olunmuş, ixracın dəyəri isə 276,5 milyon ABŞ dolları təşkil etmişdi.
Cari ilin yanvar–aprel aylarında Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya 2,9 faiz artıb.
Hesabat dövründə xarici ticarət dövriyyəsinin 11,9 milyard dolları ixracın, 5,5 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 3,1 milyard dollar və ya 35,2 faiz artdığı halda, idxal 2,6 milyard dollar və ya 32,1 faiz azalıb.
Nəticədə Azərbaycanın xarici ticarətində 6,354 milyard dollar həcmində müsbət saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 dəfə və ya 5,7 milyard dollar artım deməkdir.