Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 60 % artıb

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 60 % artıb

BİZNES
291

İndiyədək Azərbaycan ərazisində 67 755 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) məlumat yayıb.

Bu ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229,2 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 % çoxdur.

DVX-nın məlumatında bildirilir ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 60 % artıb — Fins.az — Fins.az