Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 16,2% artıb

Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 16,2% artıb

BİZNES
370

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Fins.az dövlət xidmətinin məlumatına əsasən xəbər verir ki, indiyədək ölkə ərazisində 111.383 ədəd yeni nəsil NKA quraşdırılıb.

Dövlət xidmətinin məlumatına görə, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin olunmasına imkan yaradıb.

Bildirilib ki, 2026-cı ilin yanvar-fevral aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 635,8 milyon manat və ya 16,2 faiz çoxdur.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 16,2% artıb — Fins.az — Fins.az