Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

BİZNES
300

Finss.az - Azərbaycanda “Cib Kapital” adlı yeni investisiya şirkəti dövlət qeydiyyatına alınıb. Şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyatdan keçirilib.

Məlumata görə, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 13A-da yerləşir. Nizamnamə kapitalı 500 min manat təşkil edir ki, bu da investisiya şirkətləri üçün tələb olunan minimum məbləğdən 200 min manat çoxdur. Şirkətin qanuni təmsilçisi Gündüz Məhsud oğlu Gözəlov təyin olunub.

Hazırda Azərbaycanda Mərkəzi Bankın lisenziyasına malik 12 investisiya şirkəti fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda yeni investisiya şirkəti yaradılıb — Fins.az — Fins.az