Azərbaycanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı açıqlanıb

Azərbaycanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı açıqlanıb

BİZNES
184

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 204 260 şəxs qəbul edilib və onlara 339 770 xidmət göstərilib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, ümumi elektron xidmətlərin 55,9 %-ni 9 əsas xidmət növü təşkil edib. Bu xidmətlərə bəyannamələrin və cari vergi ödəmələrinin hesablanması barədə arayışların vergi orqanlarına təqdim olunması, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması, sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi daxildir.

Bundan başqa, “Asan İmza” sertifikatlarının təqdim edilməsi, vergi ödəyicilərinə müxtəlif arayışların verilməsi, uçot məlumatlarının dəyişdirilməsi, fiziki şəxslərin uçota alınması və yenidən uçota alınması, təsərrüfat subyektlərinin uçota alınması və uçotdan çıxarılması, eləcə də fiziki şəxslərin uçotdan çıxarılması da ən çox istifadə olunan xidmətlər sırasında yer alıb.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olmuş 10,6 min yazılı müraciət cavablandırılıb, həmçinin 10,8 milyon məlumatlandırma xarakterli müxtəlif növ bildiriş və məktub göndərilib.

Məlumata əsasən, yanvar-aprel aylarında 2 007 vergi ödəyicisinin iştirakı ilə 131 görüş keçirilib, 2 279 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Eyni zamanda vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onların mobil telefon nömrələrinə 2,9 milyon SMS göndərilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı açıqlanıb — Fins.az — Fins.az