Azərbaycanda vergi daxilolmaları artıb

Azərbaycanda vergi daxilolmaları artıb

BİZNES
1,202

Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 % artaraq 9 181,4 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, 6 aylıq vergi daxilolmalarının 5 199,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. Bu isə 1 il əvvələ nisbətən 18,2 % çoxdur.

"İqtisadiyyatda şəffaflaşmanın artması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artımı ilə nəticələnir", - deyə nazir qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda vergi daxilolmaları artıb — Fins.az — Fins.az