Azərbaycanda üzvi kimyəvi və
qeyri-üzvi kimyəvi maddələrin istehsalı azalıb

Azərbaycanda üzvi kimyəvi və qeyri-üzvi kimyəvi maddələrin istehsalı azalıb

BİZNES
575

Bu ilin yanvar ayında Azərbaycanda 80 min ton üzvi kimyəvi maddələr istehsal edilib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövründəki göstəriciyə nisbətən 6,2% və ya 5,3 min ton azdır.

Cari ilin fevralın 1-nə hazır məhsul istehsalı 34,5 min ton təşkil edib.

Eyni zamanda bu ilin yanvarında Azərbaycanda qeyri-üzvi kimyəvi maddələrin istehsalı isə 2 min ton təşkil edib ki, bu da 2024-cü ilin eyni ayındakı göstəricidən 11,5% və ya 260 ton azdır.

Bu ilin fevralın 1-nə hazır məhsul ehtiyatı 7380 ton təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda üzvi kimyəvi və qeyri-üzvi kimyəvi maddələrin istehsalı azalıb — Fins.az — Fins.az